Trampa İran vetosu qoyuldu, Konqreslə prezident arasında gərginlik başladı

© AP Photo / J. Scott ApplewhiteABŞ konqresinin binası
ABŞ konqresinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Tramp Konqresin icazəsi olmadan İrana hərbi müdaxilə edə bilməyəcək

BAKI, 25 may — Sputnik. ABŞ prezidenti Donald Tramp Konqresin icazəsi olmadan İrana hərbi müdaxilə edə bilməyəcək.

Sputnik Azərbaycan "Haber 7"ə istinadla xəbər verir ki, bununla bağlı ABŞ Konqresinin Nümayəndələr Palatası "2019-cu il Milli Müdafiə" qanununa dəyişiklik edib. Nümayəndələr Palatasından Keyt Moris Ellisonun təklif etdiyi dəyişiklik yekdilliklə qəbul olunub.

Dəyişikliklə bağlı açıqlama verən Elisson deyib ki, Nümayəndələr Palatası dəyişiklikləri yekdilliklə qəbul etməklə, prezidentə İrana qarşı hərbi güc tətbiq etmək səlahiyyətinin olmadığını göstərib. Onun sözlərinə görə, dəyişikliyin yekdilliklə qəbul edilməsi Trampın İran müqaviləsindən çəkilməsi və getdikcə artan düşmənçilik ritorikasına qarşı güclü bir cavabdır.

Qeyd edək ki, Tramp İranla bağlana müqavilədən çıxaraq Tehrana qarşı ağır sanksiyalar tətbiq edəcəyini bildirmişdi. ABŞ dövlət katibi Mayk Pompeo da İrana qarşı tarix boyu ən güclü sanksiyaların tətbiq olunacağını qeyd etmişdi.

Xəbər lenti
0