Ermənistan ordusu kimə həvalə edildi və ya Artak Davtyan kimdir?

© Photo : official site of the Ministry of Defence of RAГенерал-майир Артак Давтян
Генерал-майир Артак Давтян - Sputnik Azərbaycan
Abunə olmaq
O, Ermənistan Müdafiə Nazirliyinin beşinci ordu korpusunun komandanı olub

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Movses Akopyanı istefaya göndərib. Sputnik Azərbaycan xəbər verir ki, onun yerinə Artak Davtyan təyin edilib.

Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu keçirilib - Sputnik Azərbaycan
Sankt-Peterburqda XXII Beynəlxalq İqtisadi Forumu başlayıb

Bəs Artak Davtyan kimdir?

Artak Davtyan 1990-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Ali Hərbi Məktəbinin komanda taktiki şöbəsinə daxil olub. 1995-1998-ci illərdə Davtyan Rusiya Federasiyası Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasında təhsil alıb və buranı fərqlənmə ilə bitirib.

1998-2005-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi birləşmələrində vəzifələr tutub. 2005 — 2006-cı illərdə Rusiya Federasiyası Baş Qərargahının Hərbi Akademiyasında təhsil alıb. O, Hərbi Akademiyanı fərqlənmə ilə bitirib.

2006-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında operativ idarənin rəis müavini təyin edilib. 2007-ci ildə isə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında operativ idarənin rəisi olub.

2010-cu ilin yanvarın 25-də isə Artak Davtyana general-mayor rütbəsi verilib. 2017-ci il sentyabrın 28-də Ermənistan Silahlı Qüvvələrinin Beşinci Ordu Korpusunun rəhbəri təyin edilib. Ötən gün Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilənədək bu vəzifədə çalışıb.

Xəbər lenti
0