ABŞ-da nüvə qalmaqalı: Dünyanın taleyi narkomanların əlinə keçib

© AFP 2023 / FRED TANNEAU Nüvə başlığı, arxiv şəkli
Nüvə başlığı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanı sarsıdan xəbərə görə, hərbi hava bazasında çalışan hərbçilər vəzifə başında olmayanda "LSD" həblərindən və narkotiklərdən istifadə ediblər

BAKI, 25 may — Sputnik. ABŞ-da nüvə başlıqlı raketlərlə bağlı qalmaqal yaşanır.

Sputnik Azərbaycan "Haber 7"yə istinadla xəbər verir ki, ABŞ Hava Qüvvələrinin sənədlərində nüvə başlıqlı raketləri qorumaqla məsul olan hərbçilərin qarabasmaya səbəb olan dərmandan istifadə etdiyi ortaya çıxıb.

Dünyanı sarsıdan xəbərə görə, hərbi hava bazasında olan hərbçilər işdə olmayanda "LSD" adlı dərman və bənzəri olan narkotikdən istifadə ediblər.

İstintaqın başlayacağını öyrənən hərbçilərdən biri Meksikaya qaçıb. 2016-ci ilin mart ayında yaxalanan qrupdan 14 nəfəri intizam cəzası, 6-sı isə həbs cəzası alıb.

Xəbər lenti
0