03:19 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
140901

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə keçirilməsi planlaşdırılan görüşünü ləğv edib

BAKI, 24 may — Sputnik. ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ilə görüşdən imtina edib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Şimali Koreya liderinə yazdığı məktubunda bildirib.

Donald Tramp məktubunda hazırkı şəraitdə görüşün reallaşmasının uyğun olmadığını vurğulayaraq bu səbəbdən təxirə saldığını qeyd edib.

Bununla yanaşı, ABŞ prezidenti gələcəkdə bu cür görüşə hazır olduğunu da söyləyib.

Qeyd edək ki, görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı.

Teqlər:
ABŞ prezidenti Donald Tramp, Kim Çen In, görüş, ləğv

Əsas mövzular