08:23 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu keçirilib

Sankt-Peterburqda XXII Beynəlxalq İqtisadi Forumu başlayıb

© Photo : AR İqtisadiyyat Nazirliyinin mətbuat xidməti
DÜNYA
Qısa URL
71 0 0

Mayın 26-dək davam edəcək forumda 100-dən çox ölkədən 15 minə yaxın nümayəndə iştirak edir.

BAKI, 24 may — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərində XXII Beynəlxalq İqtisadi Forumu başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, mayın 26-dək davam edəcək forumda 100-dən çox ölkədən 15 minə yaxın nümayəndə iştirak edir.

Forumun rəsmi açılışı yerli vaxtla saat 13:00-da olub. Forumda Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev iştirak edəcək.

Forumda Fransanın prezidenti Emmanuel Makron və Yaponiyanın baş naziri Sindzo Abe, Beynəlxalq Valyuta Fondunun prezidenti də iştirak edəcəklər. Rusiya-Fransa, Rusiya-Yaponiya liderləri arasında ikitərəfli görüşlər keçiriləcək.

Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir. 1997-ci ildə ilk dəfə keçirilən Peterburq İqtisadi Forumunun təşkilatçısı Rusiya Federasiya Şurası və MDB Parlamentlərarası Assambleyası olub.

Teqlər:
Rusiyanın baş naziri Dmitri Medvedev, Beynəlxalq Valyuta Fondu, Yaponiyanın baş naziri Sindzo Abe, Fransa prezidenti Emmanuel Makron, prezident, XXII Beynəlxalq İqtisadi Forumu, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Sankt-Peterburq, Rusiya

Əsas mövzular