İsraildən Ərdoğan hökumətinə: “Erməni soyqırımı”na etiraz etmirik

© AP Photo / Ariel Schalitİsrail parlamenti, arxiv şəkli
İsrail parlamenti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail hökuməti parlamentdə (Knesset) qondarma "erməni soyqırımı"nın tanınması üçün toplantının keçirilməsinə etiraz etməyəcəklərini açıqlayıb

BAKI, 23 may — Sputnik. İsrail hökuməti, qondarma "erməni soyqırımı"nın tanıması üçün siyasətçilərin etdiyi müraciətə bu gün cavab verib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İsrail hökuməti parlamentdə (Knesset) qondarma "erməni soyqırımı"nın tanınması üçün toplantının keçirilməsinə etiraz etməyəcəklərini açıqlayıb.

Beləliklə, ötən illərdə İsrail-Türkiyə münasibətlərinə zərər verəcəyi səbəbindən təxirə salınan layihə Knessetdə müzakirə ediləcək.

Bu arada "Yisrael Beiteinu" (İsrail Evimiz) Partiyasından olan bir millət vəkili Türkiyə, Suriya və İraqın bəzi bölgələrində bir kürd dövlətinin tanınmasını istəyib.

Qeyd edək ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliyini Qüdsə köçürməsi ardından Qəzza zolağında etiraz aksiyaları başlayıb. İsrail ordusu dinc insanları güllələyərək 60-dan artıq fələstinlini öldürüb, 3 minə yaxını da yaralayıb. Bundan sonra Türkiyə hökuməti İsrail səfirini müvəqqəti olaraq öz ölkəsinə göndərib.

Xəbər lenti
0