06:03 16 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Danimarkalı nazir İnger Stoyberq

Danimarkalı nazirdən oruc tutanları qəzəbləndirəcək sözlər

© AFP 2019 / JOHN THYS
DÜNYA
Qısa URL
47520

Danimarkanın naziri Ramazan ayında oruc tutanları işləməməyə çağırıb

BAKI, 24 may — Sputnik. Danimarkanın Köç və İnteqrasiya naziri İnger Stojberq müsəlmanları hiddətləndirən açıqlaması ilə gündəmə gəlib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir açıqlamasında deyib ki, müsəlmanlar ramazan ayında işləməməlidir: “Danimarkalıların təhlükəsizliyi üçün müsəlmanlar Ramazan ayı vaxtı işlərindən uzaq olmalı, istirahət etməlidir. Məsələn, bir avtobus sürücüsünün on saat heç nə yemədən, içmədən avtobus idarə etməsi hamımız üçün təhlükəlidir”.

O, həmçinin "1400 illik dini ayinə riayət etməyi məcbur sayan bir dini göstərişin 2018-ci ildə Danimarkada olan sosial və əmək bazarına uyğun olub-olmadığını maraq edirəm" ifadəsini də dilə gətirib.

Qeyd edək ki, hazırda Danimarkada ən azı 250 min müsəlman yaşayır. Son 15 ildə ölkədə köç siyasəti sərtləşdirilib, ölkəyə köçənlərin Danimarka dilini və mədəniyyətini öyrənmələri əsas şərtlərdən biri kimi irəli sürülüb.

Teqlər:
qəzəb, müsəlman, oruc, nazir, Danimarka

Əsas mövzular