İnsanlıq nümunəsi: Bu görüntülər insanın qanını dondurur — VİDEO

© AFP 2023 / Brendan SmialowskiMetro eskalatoru, arxiv şəkli
Metro eskalatoru, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda uşağın vəziyyəti stabildir və ambulator müalicə davam edir

BAKI, 24 may — Sputnik. Astanada alıcılar eskalatora ilişib qalan qızı xilas edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mərkəzi bazarın alıcıları iki yaşlı qızın əlini eskalatordan çıxara bilmək üçün onun pilləkənlərini əlləri ilə saxlamalı olublar. Yaxınlıqda olan qadın baş verənləri qeydə alıb.

Hadisə mayın 22-də balaca qız anası ilə eskalatordan düşən zaman baş verib. Belə ki, balaca qız eskalatordan düşən zaman yıxılıb, əli pilləkənin arasına düşüb. Texniki işçilərdən heç kəs yaxınlıqda olmadığı üçün eskalator bazarın ziyarətçilərinin köməkliyi ilə bir neçə dəqiqə ərzində dayandırılıb. Sonda uşağın əli eskalatordan çıxarılıb və o xəstəxanaya çatdırılıb. Həkimlər müayinə zamanı müəyyən edib ki, qızın barmaqları sınıb və bir neçə yerdən parçalanıb.

Hazırda uşağın vəziyyəti stabildir və ambulator müalicə davam edir.

Xəbər lenti
0