CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qadınlar daha xoşbəxt imiş...

CC0 / freestocks-photos / BeautyGənc qadın, arxiv şəkli
Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sorğuda iştirak edən qadınların 18 faizi döş böyütmə əməliyyatının tərəfdarı olduqlarını deyib

BAKI, 23 may — Sputnik. Britaniyanın “Cosmetic Surgery Solicitors” plastik cərrahiyyə klinikası müəyyən edib ki, döşlərinin ölçüsü 3 olan qadınlar daha xoşbəxt hesab edilir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssislər araşdırma zamanı iştirakçılarla söhbət edərək bəzi məqamları müəyyənləşdiriblər. Belə ki, qadınlar döşlərinin ölçüsünün onlar üçün önəmli olduğunu və gündəlik həyatlarına təsir etdiyini etiraf ediblər.

İştirakçıların 39 faiz döş ölçüsü 3 olan qadınlar olub ki, onlar öz bədənlərindən və həyatlarından razı olduqlarını bildirib. Döşlərinin ölçüsü 4 olub həyatından razı olan qadınları sayı 37 faiz, döş ölçüsü bir olanların sayı isə 34 faiz olub. 29 faiz qadın isə onları 5 ölçünün qane etdiyini bildirib. 27 faiz qadın 2 ölçünü sevdiklərini qeyd ediblər. Sorğuda 871 qadın iştirak edib.

Sorğuda iştirak edən qadınların 18 faizi döş böyütmə əməliyyatının tərəfdarı olduğunu deyib.

Xəbər lenti
0