Mədəsində 735 min dollarlıq kokain tapıldı

© Photo : Nigerianews.netKokain kapsulları
Kokain kapsulları - Sputnik Azərbaycan
Abunə olmaq
Polislər qadının iddia etdiyi şəxsi tapa bilməyiblər

BAKI, 22 may — Sputnik. Hindistanda polis Yeni Dehli Hava limanında mədəsində qiyməti 735 min dollar olan 106 kokain kapsulu aparan qadını saxlayıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, kimliyi açıqlanmayan 25 yaşlı qadının mədəsindən kokaini xəstəxanada həkimlərin köməyi ilə çıxarıblar. Qadın açıqlamasında deyib ki, bu kapsulları Braziliyanın San-Paulo şəhərində udub və Hindistanda Nigeriya vətəndaşına təslim etməlidir.

Amma polislər qadının iddia etdiyi şəxsi tapa bilməyiblər.

Xəbər lenti
0