18:57 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1000 0 0

İsrailin baş naziri bütün ölkələri öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürməyi təklif edib

BAKI, 21 may — Sputnik. Paraqvay İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Sputnik Azərbaycan bu barədə "Reuters"-ə istinadən xəbər verir.

Məlumata əsasən Paraqvay ABŞ və Qvatemaladan sonra öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürən üçüncü ölkədir.

Səfirliyin açılış mərasimində Paraqvay prezidenti Horatsio Kartes (Horacio Cartes) və baş nazir Binyamin Netanyahu iştirak edib.

Qeyd edək ki, daha əvvəl İsrailin baş naziri bütün ölkələri öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürməyi təklif edib. İsrail hökuməti, həmçinin öz səfirliklərini Qüdsə köçürən ilk 10 ölkəyə yardım edəcəklərini də bildirib.

Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Teqlər:
Qüds, Təl-Əviv, Paraqvay, səfirlik

Əsas mövzular