06:32 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
247 0 0

O, dəfələrlə məhkəmədə yanlışlıq olduğunu və günahkar olmadığını desə də, məhkəmə onun həbs edilməsinə qərar verib

BAKI, 20 may — Sputnik. ABŞ-da 14 yaşında cinayət etdiyi üçün həbs edilən Con Ban 27 il sonra ou azad edən məhkəmə hakimini qucaqlayıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, 1991-ci ildə dostu Rosen Harqrav ilə birlikdə maşın oğurlayan zaman polisi əməkdaşını bilərəkdən öldürməkdə ittiham edilən Con Ban tutulub. O, dəfələrlə məhkəmədə yanlışlıq olduğunu və günahkar olmadığını desə də, məhkəmə onun həbs edilməsinə qərar verib. 

2009-cu ildə məhkəmə yenidən onun işinə baxsa da, həbs qərarını qüvvədə saxlayıb. Amma araşdırmaçı Luis Skarsell hadisə zamanı baş verənlərlə bağlı əlində tutarlı fakt olduğu halda vəziyyət dəyişib. Beləliklə, onun günahsız olduğu sübut olunduğu üçün 27 il sonra azadlığa buraxılıb. Con Ban baş verənlər haqqında bunları deyib: "27 ildir həyatım üçün mübarizə aparırdım, bu gün günahsız olduğum sübut olundu və sərbəst buraxıldım. Sevincimin həddi-hüdudu yoxdur".

Qeyd edək ki, məhkəmənin qərarını salondakılar ayaq üstə alqışlayıblar.

Teqlər:
günahslz, azad etmə, ABŞ, məhkəmə, həbs

Əsas mövzular