12:34 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
İraq bayraqları

İraq parlamenti İranpərəstlərin nəzarətinə keçdi

© AFP 2019 / AHMAD AL-RUBAYE
DÜNYA
Qısa URL
94 0 0

Əs-Sədr-in dəstəklədiyi Sairun koalisiyası 329 yerlik məclisdə 54 millət vəkili yeri qazanıb

BAKI, 19 may — Sputnik. İraqda mayın 12-də keçirilən parlament seçkilərinin nəticələri məlum olub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, şiə lideri Müktəda əs-Sədrin dəstəklədiyi koalisiya seçkilərdə qalib gəlib.

İraq Müstəqil Yüksək Seçki Komissiyası sədri Riyad Bedran Bağdadda təşkil olunan mətbuat konfransında deyib ki, nəticələrə görə Sədr birinciliyi əldə edib. Sədrin dəstəklədiyi Sairun koalisiyası 329 yerlik məclisdə 54 millət vəkili yeri qazanıb.

Haşdi Şabi komandirlərindən Hadi Amirinin lider olduğu Fetih koalisiyası 47 yer qazanaraq ikinci, baş nazir Heydar əl-İbadinin başçılığı ilə Nasir koalisiyası isə 42 yer ilə üçüncü olub.

Türkmənlər isə Kərkükdə 3 yer qazana bilib. Məsud Bərzaninin liderliyindəki Kürdüstan Demokratik Partiyası 25, Kürdüstan Yurdsevərlər Birliyi 17, Goran 5 yer əldə edə bilib.

 

Teqlər:
şiə, Müktəda əs-Sədr, seçkilər, parlament, İraq

Əsas mövzular