Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məktəbdə atışma baş verdi: 8 nəfər həlak oldu - FOTO

CC0 / zgmorris13 / pistolМужчина с пистолетом в руке, фото из архива
Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, əvvəlcə məktəbdə yanğın siqnalizasiyası işə düşüb, məktəblilər siniflərdən çıxıblar, bunun ardınca isə atışma başlayıb

BAKI, 18 may — Sputnik. ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) məktəbdə silahlı insident baş verib.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, hadisə nəticəsində 8 nəfər ölüb, üç nəfər isə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, insidentlə əlaqədar 2 nəfər saxlanılıb. Saxlanılanların ikisi də məktəbin şagirdləridir.

Məlumata görə, əvvəlcə məktəbdə yanğın siqnalizasiyası işə düşüb, məktəblilər siniflərdən çıxıblar, bunun ardınca isə atışma başlayıb.

Xəbər lenti
0