Dinc fələstinlilərin hədəfə alınmasını kəskin şəkildə pisləyirik – səfir

© AFP 2023 / MAHMUD HAMSFələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiya
Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiya - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər naziri Samih Şükri Qüds problemi və regionda baş verən son hadisələrlə bağlı İstanbulda keçiriləcək növbədənkənar zirvə toplantısına qatılan Misir nümayəndə heyətinə rəhbərlərlik edəcəkdir

BAKI, 18 may — Sputnik. Fələstinin mülki əhlisinin İsrailin işğalçı qüvvələri tərəfindən hədəfə alınmasını kəskin şəkildə pisləyir, öz qanuni və ədalətli haqlarının müdafiəsini tələb edən nümayişçilərə qarşı güc tətbiqini qətiyyətlə rədd edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri İbrahim Adil bildirib.

Misir hökuməti işğal edilmiş Fələstin torpaqlarında bu cür təhlükəli qarşıdurmanın mənfi nəticələri barədə xəbərdarlıq edərək Fələstin xalqının başda paytaxtı şərqi Qüds olmaqla öz müstəqil dövlətini yaratmaq kimi qanuni haqlarını tam dəstəklədiyini bildirir.

Misir səfiri həmçinin bildirir ki, Misirin Səhiyyə nazirliyi Qəzza bölgəsi üçün nəzərdə tutulan bir sıra tədbirlər görməkdədir, bunlara humanitar yardım, qida məhsulları və tibbi vəsait, bölgədə yerləşən xəstəxanaların təcili şəkildə dərmanlarla və tibbi ləvazimatla təchizi daxildir. Əlavə olaraq, Rəfah sərhəd keçid məntəqəsində təqribən 90 təcili yardım maşını və yüngül xəsarət almış yaralıların daşınması üçün 5 avtobusla təmin edilmiş böyük bir tibbi heyətin yerləşdirilməsinə da başlanmışdır.

Həmçinin Xarici İşlər naziri Samih Şükri Qüds problemi və regionda baş verən son hadisələrlə bağlı İstanbulda keçiriləcək növbədənkənar zirvə toplantısına qatılan Misir nümayəndə heyətinə rəhbərlərlik edəcək.

Xəbər lenti
0