10:58 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Halkbank bankının baş direktorunun müavini Mehmet Hakan Atilla

Atilla 2 il 8 ay həbs cəzası alıb

© Foto: Stockholmcf.org
DÜNYA
Qısa URL
42 0 0

İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilinən Türkiyənin "Halkbank" bankının baş direktorunun müavini amerikalı hakim Riçard Bermanın açıqladığı qərara görə, 2 il 8 ay həbs cəzası alıb

BAKI, 17 may — Sputnik. İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilinən Türkiyənin "Halkbank" bankının baş direktorunun müavini Mehmet Hakan Atilla amerikalı hakim Riçard Bermanın açıqladığı qərara görə, 2 il 8 ay həbs cəzası alıb.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, məhkəmənin hakimi Bermanın qərarına görə, Atilla 32 ay həbs cəzası alıb. 14 aydır həbsdə olan Atillanın həbsdə keçirdiyi müddətinin 32 aydan çıxılacağı bildirilib. Berman Atillanın ABŞ-da həbs olunan iş adamı Rza Zərrabdan daha az təqsirkar olduğunu bildirib. Atillanın həbsdə olduğu müddətdə digər məhbuslara nümunə olduğunu deyən Berman bu səbəbdən haqqında müsbət rəy yazıldığını qeyd edib.

Türkiyənin Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar yazılı açıqlama verib. Açıqlamada deyilir: "Nyu-York məhkəməsi ədalətli mühakimə etmək prinsipinə uyğun olmayan və tamamilə quraşdırmadan ibarət bir proses nəticəsində Hakan Atillaya 2 il 8 ay həbs cəzası verib. İş prosesində FETÖ terror təşkilatı nümayəndələri tərəfindən hazırlanan saxta dəlillərə və yalan ifadələrə etibar edilməsi mühakimə legitimliyini aradan qaldırıb, məhkəmə prosesinin etibarlılığını azaldıb".

Qeyd edək ki, Mehmet Hakan Atilla ötən ilin martında ABŞ-da saxlanılıb. ABŞ tərəfi Atillanın sahibkar Rza Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib.

Əsas mövzular