10:59 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Keks

Nə tökərsən aşına: Bişirdiyi piroq qadının işdən qovulmasına səbəb oldu

CC0 / ExplorerBob / Cake
DÜNYA
Qısa URL
1388 0 0

Qadının işlədiyi şirkət açıqlama verəməkdən imtina edib.

BAKI, 17 may — Sputnik. ABŞ sakini iş yoldaşlarının brinin işdən çıxmasının qeyd edildiyi şənliyə ishala səbəb olan maddə qataraq bişirdiyi piroqu gətirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə ilə bağlı polisə qadının iş yoldaşlarından biri məlumat verib. O bildirib ki. qadın şənliyə zəhərli piroq aparmaq niyyətindədir.

Qanun keşiçkiləri qadını sorğu-sual edib və piroqu analiz edilmək üçün laboratoriyaya göndəriblər. Əvvəlcə qadın piroqda maddənin olduğunu inkar edib, amma bir qədər sonra etiraf edib.

Etiraf etmək qadını cəzadan azad edib. Ancaq buna baxmayaraq rəhbərlik onu işdən qovub. Şirkətin əməkdaşlarının sözlərinə görə, qadının işdən çıxan işçi ilə gərgin münasibəti olub.

Polisdən məlumat verilib ki, əgər piroqlar yeyilsəydi, hadisə başqa cür nəticələnə də bilərmiş.

"Biz belə hadisələri tez-tez filmlərdə, teleşoularda müşahidə edirik. Ancaq bu real cinayətdir" deyə polisdən bildirilib.

Qadının işlədiyi şirkət açıqlama verməkdən imtina edib.

Əsas mövzular