23:28 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Yerevanda etiraz aksiyası

Yerevanı yenidən etirazlar aksiyaları və istefa tələbləri bürüyür

© REUTERS / Vahram Baghdasaryan
DÜNYA
Qısa URL
1121 0 0

Nümayişçilər sabiq prezident Serj Sarqsyana qarşı etirazlar zamanı səsləndirilən şüarları səsləndiriblər

BAKI, 16 may — Sputnik. Onlarla etirazçı günorta saatlarında Yerevan meriyasına daxil olub. Sputnik Ermənistan xəbər verir ki, nümayişçilər şəhər meri Taron Markaryanın istefasını tələb edirlər.

Məlumatda qeyd olunur ki, nümayişçilər sabiq prezident Serj Sarqsyana qarşı etirazlar zamanı səsləndirilən şüarları səsləndiriblər. Əvvəlcə etirazçılar Taron Markaryanla görüş tələb ediblər. Daha sonra meriya əməkdaşları, idarə rəhbərləri, merin müavini ilə danışıqlar aparıblar. Daha sonra onlar Ermənistan polisinin rəisi Valeri Osipyanın əraziyə gəlməsini tələb ediblər.

Etirazçıların liderlərindən biri Vaçe Qaribyan Markaryanı apreldə baş tutan aksiyalar zamanı Nikol Paşinyanın tərəfdarlarını döymək üçün adamlar göndərməkdə, qanunsuz biznes fəaliyyəti ilə məşğul olmaqda və öz yaxın qohumlarını vəzifələrə göndərməkdə ittiham edib.

Merin müavini David Oqonyan bütün nümayişçiləri "Moskva Evi"nin zalına dəvət edib və bildirib ki, onların sualına Markaryanın özü cavab verəcək. Bir neçə dəqiqə davam edən müzakirələrdən sonra nümayişçilər bu təkliflə razılaşmayıb və merin iş kabinetinin yerləşdiyi üçüncü mərtəbədə gözləməyə qərar veriblər.

Əlaqədar

Moskvadan Yerevana teleqram göndərildi
Avropa Şurasından Yerevana kritik zəng
Yerevan hadisələrinin arxasından görün kim çıxdı
Yerevanda atışma: Yaralılar var - VİDEO
İstanbul-Yerevan aviareysi təxirə salınıb
Teqlər:
etirazçı, Yerevan, Ermənistan, meriya, aksiya, istefa

Əsas mövzular