Qızı qatarın altında qalmaqdan son anda xilas etdi - VİDEO

© pixabay / JadrogcDəmiryolu
Dəmiryolu - Sputnik Azərbaycan
Abunə olmaq
Həm azyaşlı, həm də hərbçi yüngül xəsarətlər alıb

BAKI, 16 may — Sputnik. Hindistanın Mumbay şəhərində hərbçi Saçin Pol 5 yaşlı qız qatarın altında qalmaqdan xilas edib. Sputnik Azərbaycan Lenta.ru-ya istinadən xəbər verir ki, qızı ilə qatara minməyə çalışan qadın vaqona daxil olmağa çalışıb və elə bu an qız onun əlini buraxaraq platforma ilə hərəkət edən qatarın arasında qalıb.

Bu vaxt hərbi geyimdə olan şəxs onu xilas edib. Həm azyaşlı, həm də hərbçi yüngül xəsarətlər alıb. Onlara elə vağzalda tibbi yardım göstərilib.

Xəbər lenti
0