Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ərdoğanın görüş dəvətindən imtina edən türk ulduz kimdir?

© AP Photo / Lefteris PitarakisTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə iştirak edən Özil və Gündoğan Almaniya Futbol Federasiyası tərəfindən Ərdoğanın seçki kampaniyasına alət olmaqda ittiham edilib

BAKI, 15 may — Sputnik. "Liverpul" klubunda oynayan türk əsilli Almaniya vətəndaşı Əmrə Can Böyük Britaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətini rədd edib. Bu barədə Sputnik Azərbaycan Almaniyanın Die Welt nəşrinə istinadən məlumat yayıb.

© AP Photo / Rui Vieira"Liverpul" klubunun yarımmüdafiəçisi Əmrə Can
Liverpul klubunun yarımmüdafiəçisi Əmrə Can - Sputnik Azərbaycan
"Liverpul" klubunun yarımmüdafiəçisi Əmrə Can

Qeyd edək ki, Canla yanaşı Ərdoğanla görüşə Məsut Özil və İlkay Gündoğan da dəvət edilib. Görüş zamanı onlar prezidentə imzalı formalarını hədiyyə ediblər. Görüşdə iştirak edən Özil və Gündoğan Almaniya Futbol Federasiyası tərəfindən Ərdoğanın seçki kampaniyasına alət olmaqda ittiham edilib.

Xəbər lenti
0