SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın Kim Çen In-a dair yekun planı məlum oldu

© REUTERS / Yuri GripasМайк Помпео
Майк Помпео - Sputnik Azərbaycan
Abunə olmaq
Pompeo bəyan edib ki, Vaşinqton Şimali Koreya rəhbərliyini dəyişmək fikrində deyil

BAKI, 14 may — Sputnik. ABŞ-a KXDR-də hakimiyyətin dəyişməsi yox, bu ölkə ilə uzunmüddətli razılaşmalar lazımdır. Sputnik Azərbaycan-ın məlumatına görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo belə bir bəyanatla çıxış edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp belə bir fikirdədir.

"Biz ümid edirik ki, Kim Çen In strateji dəyişikliklər istəyir. Prezident Tramp isə bu məsələdə kömək etməyə hazırdır", — deyə KXDR-ə iki dəfə səfər etmiş Pompeo əlavə edib.

O etiraf edib ki, razılaşmanın real olması üçün ABŞ və KXDR güzəştlərə getməlidirlər. "Əgər biz tarixi nəticəyə nail ola bilsək, hər iki tərəf oyuna girməli olacaq", — dövlət katibi deyib.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In KXDR-in silahsızlaşdırılmasını Sinqapurda iyunun 12-də keçiriləcək sammitdə müzakirə etmək fikrindədirlər.

Xəbər lenti
0