Bu ölkədə 9 May Qələbə günü ləğv olunur

© Sputnik / Stringer / Mediabanka keçidKiyevdə "Ana Vətən" monumenti
Kiyevdə Ana Vətən monumenti - Sputnik Azərbaycan
Abunə olmaq
9 May tarixi geosiyasi və ideoloji çalara malikdir və bu tarix Rusiyanı faşizm üzərində qələbə çalan super dövlət iddiası ilə assosiasiya edilir

BAKI, 11 may — Sputnik. Ukrayna Ali Radasında Qələbə gününün 9 maydan 8 maya keçirilməsi haqqında qanun layihəsi daxil olub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsi Ukrayna parlamentinin rəsmi saytında yerləşdirilib.

Sənədin müəllifi heç bir fraksiyanın üzü olmayan deputat Andrey Denisenkodur.

Denisenko hesab edir ki, 9 May tarixi geosiyasi və ideoloji çalara malikdir və bu tarix Rusiyanı faşizm üzərində qələbə çalan super dövlət iddiası ilə assosiasiya edilir.

Qanun layihəsinin müəllifi, həmçinin tarixi ədaləti bərpa etmək üçün Böyük Britaniya, ABŞ və Antihitler koalisiyasının digər ölkələrinin İkinci Dünya Müharibəsində rolunu etiraf etməyi təklif edib.

Xəbər lenti
0