16:51 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
197 0 0

Baş nazir: "Ermənistan hökuməti bu heyətdə sonuncu dəfə toplanır"

BAKI, 11 may — Sputnik. Ermənistanın yeni baş naziri Nikol Paşinyan Serj Sarqsyan və Karen Karapetyan hökumətinin üzvləri ilə vidalaşıb. Sputnik Ermənistan xəbər verir ki, Paşinyanın sədrliyi ilə Ermənistan hökumətinin ilk iclası keçirilib.

Məlumatda qeyd olunur ki, Paşinyan əvvəlcə iclasın gündəliyini dinləyib. Daha sonra öz nazir səlahiyyətlərini icra edən kabinet üzvlərinə müraciət edib: "Ermənistan hökuməti bu heyətdə sonuncu dəfə toplanır. Sizin hər birinizə və yeni hökumətə uğurlar arzulayıram. Çox sağ olun!".

O, həmçinin qeyd edib ki, bir ay ərzində Ermənistanın üçüncü prezidenti kimi Serj Sarqsyana dövlət hesabına yaşayış sahəsi ayrılacaq.

Əlaqədar

Ermənistanın yeni müdafiə nazirinin adı açıqlandı
Paşinyan bu gün ilk addımını atacaq
Teqlər:
Nikol Paşinyan, Serj Sarqsyan, Ermənistan, baş nazir, hökumət

Əsas mövzular