04:32 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
130 0 0

Avstraliyanın ən yaşlı alimi aprelin əvvəlində 104 yaşını qeyd edib

BAKI, 11 may — Sputnik. Ölməyi arzulayan 104 yaşlı alim musiqi sədaları altında öldü.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, avstraliyalı alim Devid Qudoll İsveçrə xəstəxanasında öz arzusu ilə evtanaziya üsulu ilə dünyadan köçüb. Qudoll mayın 10-da ailəsinin əhatəsində Bethovenin 9-cu simfoniyasının sədaları altında ölüb. Bu qərarı evtanaziya ərəfəsində Qudoll özü verib. Klinikanın əməkdaşlarının sözlərinə görə, Qudoll həyatdan sakit gedib.

Qudoll İsveçrəyə Exit qrupunun rəhbəri Filip Nicke ilə bir yerdə gedib. Səfərdən öncə avstraliyalını iki həkim müayinə edib. Onlardan biri Qudollun psixi vəziyyətinin yerində olduğunu təyin etmək üçün psixiatr olub.

Sonuncu mətbuat konfransında Qudoll deyib ki, onun nümunəsi insanları evtanaziyanın leqallaşması məsələsinə baxmağa məcbur edəcək: "Mənim yaşıdlarım və məndən kiçik insanların ölümü seçə bilmək hüququ olmalıdır".

Avstraliyanın ən yaşlı alimi aprelin əvvəlində 104 yaşını qeyd edib.

Teqlər:
evtanaziya, qocalıq, ölüm, alim, musiqi

Əsas mövzular