Tonlarla şokolad yola dağıldı, hərəkət bağlandı – VİDEO

© Photo : Twitter / @MotoRadioPoznanYola dağılmış şokolad
Yola dağılmış şokolad - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilərin sözlərinə görə, yolu təmizləmək heç də asan olmayacaq

BAKI, 11 may — Sputnik. Polşada 12 ton maye şokolad daşıyan yük maşını aşıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qəza Varşava və Poznanı birləşdirən şosedə baş verib.

Qəza nəticəsində sisterndə olan maye şokolad yola dağılıb və hər iki istiqamətdə yolu bağlayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Onların sözlərinə görə, yolu təmizləmək heç də asan deyil, çünki maye şokolad tez bərkiyir. Yeganə həll yolu şoseni isti su ilə yumaqdır.

Qəza nəticəsində yük maşının sürücüsü xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Xəbər lenti
0