03:07 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
120 0 0

Əhalinin çox hissəsi mobil ödəmələrdən istifadə etdiyi üçün Çində belə hadisələr tez-tez baş verir

BAKI, 10 may — Sputnik. Çin vətəndaşı yediyi buxarlı piroq üçün bir neçə min yuan ödəyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Çençjou şəhərində baş verib.

Belə ki, müştəri səhv edərək bir piroq üçün 147,3 min yuan (37780 manat) ödəyib. Səhv bir ay nəzarətdən kənar qalıb. Kafenin sahibi Xe Lyuzhu aylıq hesabat zamanı bunu müəyyən edib. Onun sözlərinə görə, müştərilərdən şikayət daxil olmayıb.

Lyuzhu jurnalistlərə müraciət edərək, həmin pulun sahibini axtarmağa başlayıb. Kafe sahibi bu pulun böyük miqdar olduğunu və vicdanının ona rahatlıq vermədiyini deyib.

Məlumata görə, əhalinin çox hissəsi mobil ödəmələrdən istifadə etdiyi üçün Çində belə hadisələr tez-tez baş verir.

Teqlər:
piroq, kafe, Çin, hesab, jurnalist

Əsas mövzular