18:28 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Selfi

Selfi çəkmək istədi, şəlalənin dibinə düşdü

CC0 / StockSnap / Selfie
DÜNYA
Qısa URL
30 0 0

Araşdırma zamanı məlum olub ki, Naqın sürüşməsinə suyun altındakı dəniz yosunları səbəb olub

BAKI, 11 may — Sputnik. Sosial şəbəkələrdə şəlalədə selfi çəkmək arzusunda olan hindistanlı turistin şəlaləyə düşməsinin görüntüləri yayılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 24 yaşlı Subrat Naq öz dostları ilə Hindistanın Koropute şəhərindəki Qali Haydar şəlaləsini ziyarət edib və burada selfi çəkmək istəyib. Amma çəkiliş zamanı gəncin ayağı sürüşüb və 15 metr hündürlükdən yıxılıb.

Naqanın dostları ona kömək etməyə çalışıb. Onlar gənci huşsuz halda tapıb. Ağır vəziyyətdə olan turist xəstəxanaya aparılıb və ona lazımi müdaxilə edilib. Araşdırma zamanı məlum olub ki, Naqın sürüşməsinə suyun altındakı dəniz yosunları səbəb olub.

Xatırladaq ki, analoji hadisə fevral ayında baş verib. 25 yaşlı rus turist Tailandda şəlalənin fonunda selfi çəkdirmək istəyən zaman yaş daşların üzərindən sürüşüb və zədələnib.

Teqlər:
yosun, şəlalə, Hindistan, selfi

Əsas mövzular