İsraildən sensasiyalı İran açıqlaması: Bütün hərbi obyektlərini məhv etdik

© AFP 2023 / JACK GUEZ İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-15 təyyarəsi
İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-15 təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Liberman: "İranın Suriyadakı bütün infrastrukturuna zərbələr endirdik"

BAKI, 10 may — Sputnik. "İranın Suriyadakı bütün infrastrukturunu bombaladıq və ümid edirəm ki, bu hissə başa çatıb". Sputnik Azərbaycan "RİA Novosti" yə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman deyib.

Liberman bildirib ki, İranın atdığı heç bir raket İsrailin nəzarəti altında olan ərazilərə düşməyib: "Təbii ki, biz cavab verdik. Demək olar, İranın Suriyadakı bütün infrastrukturuna zərbələr endirdik. Onlar bilməlidilər: Əgər burada yağış yağsa, orada daşqın olacaq".

Yəhudi nazir qeyd edib ki, İsrail münaqişədə maraqlı deyil, lakin istənilən bütün ssenarilərə hazır olmalıdır.

Xatırladaq ki, bu gün gecə saatlarında İran İnqilab Keşikçiləri Korpusunun xaricdəki qanadı olan "Qüds ordusu"nun İsrailin nəzarəti altında olan Suriyanın Colan təpələrini vurması barədə xəbər yayılıb.

Xəbər lenti
0