ABŞ-ın İran qərarı və dünyanın reaksiyası

© REUTERS / STRНациональный флаг Ирана
Национальный флаг Ирана - Sputnik Azərbaycan
Abunə olmaq
Öz növbəsində Türkiyə ABŞ sanksiyaları səbəbindən İranla ticari əlaqələri dayandırmayacağını açıqlayıb

BAKI, 9 may — Sputnik. ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxmaq qərarı  dünyada birmənalı qarşılanmayıb. Bir çox ölkələr, o cümlədən ABŞ daxilindəki bəzi siyasətçilər Trampın qərarını tənqid ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ prezidenti nüvə razılaşmasından çıxandan dərhal sonra İrana qarşı sanksiyaların "ən yüksək səviyyəyə" çatdırılacağını qeyd edib: "Biz sanksiyaları ən yüksək səviyyəyə çatdıracağıq. İrana nüvə proqramında kömək edən istənilən ölkə də ABŞ sanksiyaları ilə qarşılaşa bilər. Güclü sanksiyalar tam həyata keçiriləcək. Rejim nüvə proqramını davam etdirsə, onun həmişə olduğundan daha çox problemı yaranacaq".

Donald Tramp - Sputnik Azərbaycan
Tramp nüvə müharibəsinə gətirəcək səbəbi deyib

Tramp bəyan edib ki, Tehran 2015-ci il müqaviləsinin əvəzində yeni müqavilə imzalamalıdır: "Sözsüz ki, İran liderləri yeni müqavilə üzərində işləməyəcəklərini bildirəcəklər. Qoy olsun. Onların yerində olsaydım, mən də belə edərdim. Amma fakt bundadır ki, onlar İran üçün yeni uzunmüddətli razılaşma istəyəcəklər. Onlar bunu istəyəndə, mən danışmağa hazır olacağam".

Trampın addımını hələ ki ancaq İsrail və Səudiyyə Ərəbistanı dəstəkləyib. İsrail baş naziri Benyamin Netanyahu televiziya ilə çıxış edərək, bu qərarın düzgün olduğunu bəyan edib. Netanyahu növbəti dəfə, müqaviləyə baxmayaraq İranı nüvə proqramı üzərində işləməkdə ittiham edib.

İranla daimi düşmənliyi olan Səudiyyə Ərəbistanı da qərarı alqışlayıb.

Rusiya, Böyük Britaniya, Almaniya və Fransa isə bu qərardan təəssüf hissi keçirdiklərini bildiriblər. Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini də qərardan təəssüfləndiyini bəyan edib. Aİ-nin ancaq öz maraqlarını nəzərə alaraq hərəkət edəcəyini açıqlayan diplomat, İranın razılaşmaya riayət etdiyi müddətdə Aİ-nin də razılaşmaya sadiq qalacağını vurğulayıb.

Öz növbəsində Türkiyə ABŞ sanksiyaları səbəbindən İranla ticari əlaqələri dayandırmayacağını açıqlayıb. İqtisadiyyat naziri Nihat Zeybəkçi İranla ticarət məsələsində heç kimin qarşısında hesabat verməyə hazırlaşmadıqlarını vurğulayıb. 

Xəbər lenti
0