12:35 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
123 0 0

Onun namizədliyinin lehinə 374 deputat (83,1%), əleyhinə isə 56 deputat (12,4%) səs verib

BAKI, 8 may — Sputnik. Rusiyanın yeni baş naziri seçilib.

Sputnik Azərbaycan xəbər verir ki, gözlənildiyi kimi Dmitri Medvedyev yenidən Rusiyanın baş naziri olub. Qeyd edək ki, Medvedyevin namizədliyi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülmüşdü.

Dövlət Dumasında keçirilən səsvermədə ümumilikdə 430 deputat iştirak edib. Medvedyevin namizədliyinin lehinə 374 deputat (83,1%), əleyhinə isə 56 deputat (12,4%) səs verib. Rusiya Liberal Demokrat Partiyası və “Vahid Rusiya” Medvedyevin namizədliyini dəstəkləyib, Kommunist Partiyası və “Ədalətli Rusiya” namizədin əleyhinə səs verib.

Dövlət Dumasında keçirilən səsverməyə Rusiya prezidenti Vladimir Putin də qatılıb. Çıxışı zamanı Putin vurğulayıb ki, Medvedyev çətin illərdə hökumətə başçılıq edib.

Teqlər:
Prezident Vladimir Putin, seçki, Dövlət Duması, Dmitri Medvedyev, baş nazir, Rusiya

Əsas mövzular