17:54 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Donald Tramp

Trampı inadından döndərmək mümkün olmadı, radikal qərar gözlənilir

© AP Photo / Susan Walsh
DÜNYA
Qısa URL
26 0 0

Avropalı diplomat: "Dondald Trampın nüvə razılaşmasını saxlayacağına dair şanslar çox azdır"

BAKI, 8 may — Sputnik. ABŞ prezidenti Donald Trampın bu gün ölkəsinin İranla bağlanan nüvə razılaşmasından çıxdığını elan edəcəyi gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri Trampla danışıqlarda iştirak edən avropalı diplomatlara istinadən bildirib.

Avroplı diplomatlar bu qənaətə gəliblər ki, onlar ABŞ prezidentini İranla nüvə razılaşmasının pozulmasının Qərblə rəsmi Tehran arasında yeni qarşıdurmaya gətirib çıxara biləcəyinə inandıra bilməyiblər. Onlardan birinin sözlərinə görə, Donald Trampın nüvə razılaşmasını saxlayacağına dair şanslar çox azdır.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti İranın nüvə proqramı ilə bağlı qəbul olunan qərarını bu gün Vaşinqton saatı ilə 14:00 (Bakı vaxtı ilə 22:00) elan edəcək. Vaşinqton ümid edir ki, Tehranla sazişin şərtlərinə yenidən baxılmasına dair razılığa gələcək. Lakin İran tərəfi sazişə yenidən baxılmayacağını bildirib.

Əlaqədar

Politoloq: “ABŞ-İran müharibəsi region üçün faciədir”
Tarixi səfər baş tutacaq: İran xarici işlər naziri ABŞ-a gedir
İranın ali dini lideri: "ABŞ, Fransa prezidentləri və Britaniya baş naziri cinayətkardır"
Teqlər:
nüvə razılaşması, Donald Tramp, İran, ABŞ, prezident

Əsas mövzular