Çavuşoğlu rus dilində danışdı - VİDEO

© REUTERS / Umit BektasМевлют Чавушоглу, министр иностранных дел Турции
Мевлют Чавушоглу, министр иностранных дел Турции - Sputnik Azərbaycan
Abunə olmaq
O, rusiyalı turistlərə xitabən edərək, onların sayının artacağını gözlədiklərini vurğulayıb

BAKI, 6 may — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rus dilində danışıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, o, rusiyalı turistlərə xitabən edərək, onların sayının artacağını gözlədiklərini vurğulayıb.

"Biz Rusiyadan daha çox turisti görmək istəyirik. Türkiyə gözəl ölkədir, Antaliya isə gözəl şəhərdir. Türk mətbəxi çox dadlıdır" — deyə Çavuşoğlu CNN Türk telekanalına müsahibəsində bildirib.

2017-ci ildə Türkiyəni 4,72 milyon rusiyalı turist ziyarət edib. Bu, 2016-cı ilin göstəricisindən 5,5 dəfə çoxdur. Rusiyalılar Türkiyədə dincələn xaricilər arasında birinci yeri tuturlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə rusiyalı turistlərin sayının 6 milyona qədər artacağını gözlədiklərini bildirib.

Xəbər lenti
0