15:48 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
151 0 0

"Qara Penni" 68 808 000 ədəd çap olunub

BAKI, 6 may — Sputnik. "Qara penni" (ingiliscə Penny Black) — tarixdə birinci poçt markasının çap olunduğu gün.

Qara penni 1840-cı ildə çap olunub. İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. Yapışqanlı marka ideyasını ilk dəfə kitab satıcısı Ceyms Çalmers təklif etsə də, bu markanın ixtirasını general-postmaster Roulan Hillin adı ilə bağlayırlar.

İlk poçt markasının dizaynı üçün elan olunan müsabiqədə 2700-ə yaxın təklif irəli sürülsə də, Çarlz və Frederik Hit və Henri Koulun layihəsi qalib gəlir. İngiltərədə aparılan poçt islahatı və marka sisteminə keçid poçt daşınmasının həcmini xeyli artırdı. Belə ki, əgər 1839-cu ildə 75 milyon məktub göndərilmişdisə, 1940-ci ildə bu rəqəm 168 milyona qədər artdı. Həmçinin, İngiltərədə poçt göndərişlərini asanlaşdırmaqla yanaşı, onlara görə ödənilən məbləği dəqiq və tam hesablamaq da mümkün oldu. Roulan Hill bu ixtirasına görə İngiltərə poçt idarəsində baş katib vəzifəsinə gətirildi və 20.000 funt sterlinq məbləğində mükafat aldı.

İlk markalar metalloqrafiya üsulu ilə çap olunurdu. Üzərində iki söz yazılırdı: "Postage" və "One penny". Qara Penninin üzərində şahzadə Viktoriyanın (1819-1901) rəsmi əks olunub.

"Qara Penni" 68 808 000 ədəd çap olunub. Bu gün həmin nümunələri əldə etmək nadir tapıntı hesab olunmasa da kolleksionerlər tarixiliyinə görə daima öz kolleksiyalarına "Qara Penni"ni əlavə etmək həvəsindədirlər.

Markanın yubileylərində isə xüsusi marka blokları hazırlanır.

Teqlər:
poçt markası, "Qara penni", kolleksiya, İngiltərə

Əsas mövzular