Amerikalı komandan hamını şoka saldı: "Həqiqi İslam bu deyil"

© AP Photo / Jose Luis MaganaABŞ Dəniz Piyadaları Qoşunlarının komandanı Robert Neller
ABŞ Dəniz Piyadaları Qoşunlarının komandanı Robert Neller - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dəniz Piyadaları Qoşunlarının komandanı Robert Nellerin ABŞ hərbçiləri və əfqan hərbçilərinin Əfqanıstanın əsl mücahidləri olduğunu söyləməsi dinləyənləri şoka salıb

BAKI, 6 may — Sputnik. ABŞ Dəniz Piyadaları Qoşunlarının komandanı Robert Nellerin ABŞ hərbçiləri və əfqan hərbçilərinin Əfqanıstanın əsl mücahidləri olduğunu söyləməsi dinləyənləri şoka salıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Robert Neller ABŞ-ın Əfqanıstandakı strategiyası ilə bağlı danışıb: "Bilirsiniz ki, özünü mücahid adlandıran terrorçularla mübarizə aparırıq. Onlar mücahid deyil, cinayətkardır, dönükdürlər. İslamın arxasında gizlənir və narkotik satırlar. Günahsız insanları öldürürlər. Həqiqi İslam bu deyil. Amerikalılar və əfqan ordusu olaraq əsl mücahid bizik".

Qeyd edək ki, bu yaxınlarda Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən iki partlayış zamanı 25 nəfər ölüb. Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Xəbər lenti
0