Paşinyan Rusiya və ABŞ səfirləri ilə görüşdü: Razılaşma var

© Sputnik / Asatur YesayantsNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistandakı siyasi vəziyyət müzakirə edilib

BAKI, 3 may — Sputnik. Ermənistanda etiraz hərəkatlarının lideri, baş nazir postuna namizəd Nikol Paşinyan Rusiya və ABŞ səfirləri ilə ölkədaxili siyasi böhranı müzakirə edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Paşinyan öz "Facebook" səhifəsində yazıb.

"Bu gün Rusiya, ABŞ və Gürcüstan səfirləri İvan Volınkin, Riçard Millz, Georgi Saqanelizde, Avropa İttifaqının nümayəndəliyinin rəhbəri Petr Svitalski ilə görüşlər keçirdim", — deyə müxalifət lideri yazıb.

Paşinyan səfirləri ölkə daxili siyasi böhranın aradan qaldırılması üçün əldə olunan razılaşmalar barədə məlumatlandırıb.

Görüşlər zamanı eyni zamanda ikitərəfli münasibətlər dair digər məsələlərdə müzakirə olunub. 

Xəbər lenti
0