05:21 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
DÜNYA
Qısa URL
788 0 0

Ermənistanın mədəniyyət naziri, Respublika Partiyasının üzvü Armen Amiryan istefa verdiyini bəyan edib

BAKI, 2 may — Sputnik. Ermənistanın mədəniyyət naziri, Respublika Partiyasının üzvü Armen Amiryan istefa verdiyini bəyan edib.

"Bir neçə dəqiqə əvvəl o, nazirliyin binası qarşısında toplaşan nümayişçilərin qarşısına çıxaraq istefa verdiyini bildirib" — deyə Amiryanın mətbuat katibi Ruzan Xaçatryan Sputnik Ermənistan-a bildirib.

Bir qədər əvvəl isə Ermənistanın hüquqşünasları Yerevanda keçirilən aksiyaya qoşulublar. Onlar Kasasiya Məhkəməsinin qarşısına toplaşaraq onun sədri Arman Mkrtumyanın istefasını tələb ediblər.

Xatırladaq ki, aprelin 25-də gənclər və idman naziri Qraçya Rostomyan, elm və təhsil naziri Levon Mkrtçyan, ekologiya naziri Artsvik Minasyan, inkişaf və ərazi idarəetmə naziri David Lokyan tutduqları postdan istefa veriblər. Aprelin 26-da isə "Daşnaksütyun" EİF hakim koalisiyadan çıxıb.

"Mənim addımım" hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan ötən gün parlamentdə Ermənistanın baş naziri seçilə bilməyib.

Ermənistan parlamentinin xüsusi iclasında deputatların əksəriyyəti (56 nəfər) Paşinyanın namizədliyinin əleyhinə səs verib. Onun lehinə cəmi 45 nəfər səs verib.

Nikol Paşinyan Ermənistanın baş naziri postuna yeganə namizəd idi. Seçilmək üçün ona 105 deputatdan 53-nün səsi lazım idi. Paşinyan bununla bağlı olaraq bu günə bütün respublikada total nümayiş elan edib.

Ermənistanın keçmiş baş naziri Serj Sarqsyan aprelin 23-də kütləvi etirazlardan sonra istefa verib.

Paşinyanın tərəfdarları hazırda parlament binasını əhatəyə alıblar. Etiraz aksiyasının fasiləsiz şəkil alacağı bildirilir.

Qanuna əsasən, bir həftədən sonra – mayın 8-də parlamentdə yenidən baş nazir seçkiləri olacaq. Əgər parlament ikinci dəfə baş naziri seçə bilməsə buraxılacaq və yeni seçkilər təyin olunacaq.

Teqlər:
istefa, Ermənistan, mədəniyyət naziri

Əsas mövzular