17:25 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb

Sarqsyan xofu qayıdır, Yerevanı təkrar etirazlar bürüyür

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
390 0 0

Paşinyan: "Mən hamını Respublika meydanındakı mitinqə gəlməyə və qələbəni qorumağa çağırıram"

BAKI, 1 may — Sputnik. Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb. Sputnik Ermənistan xəbər verir ki, meydan demək olar, nümayişçilərlə doludur. Onlar əllərində Ermənistan bayrağının rənglərini əks etdirən şarlar, həmçinin bayraqlar tutublar.

Yerevan
© REUTERS / Hayk Baghdasaryan/Photolure

Etirazçılar meydanda parlamentin xüsusi iclasının canlı yayımlanmasını gözləyirlər. Kütlə "Nikol, Nikol", "Nikol baş nazir" şüarları səsləndirir. Etirazçılar önündə Paşinyanın silahdaşları çıxış edirlər. Yerevanın mərkəzi küçələrində Ermənistan bayrağı və Paşinyanın portreti olan maşınlar hərəkət edərək insanları aksiyalara qoşulmağa dəvət edir.

Bu arada, Ermənistan müxalifətinin lideri, baş nazir postuna namizəd Nikol Paşinyan hakim Respublika Partiyasının (ERP) hökumət başçısı seçkilərini pozmaq niyyətində olduğunu bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Paşinyan özünün "Facebook" səhifəsindəki canlı yayım zamanı bildirib.

  • Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    © Sputnik / Asatur Yesayants
  • Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    © Sputnik / Asatur Yesayants
  • Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    © Sputnik / Asatur Yesayants
  • Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    © Sputnik / Asatur Yesayants
  • Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    © Sputnik / Asatur Yesayants
  • Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb
    © Sputnik / Asatur Yesayants
1 / 6
© Sputnik / Asatur Yesayants
Ermənistanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının mitinqi başlayıb

"Mən öyrəndim ki, gecə baş tutan və Serj Sarqsyanın rəhbərlik etdiyi toplantı zamanı ERP səsverməni pozmaq qərarı verib. Mən hamını Respublika meydanındakı mitinqə gəlməyə və qələbəni qorumağa çağırıram", — deyə Paşinyan vurğulayıb.

O, həmçinin əlavə edib ki, plana əsasən, "Respublikaçı"lar yeddi gündən sonra baş nazir postuna öz namizədlərini irəli sürmək niyyətindədirlər.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 12:00-da Ermənistan parlamentində baş nazir seçkiləri keçirilməlidir. Paşinyan hökumət başçısı postuna yeganə namizəddir. Baş nazir seçilmək üçün ona 105 deputatdan 53-ünün səsi lazımdır.

Ermənistan parlamentində Respublikaçıların 58, "Çarukyan" blokunun 31, "Yelk" fraksiyasının 9, "Daşnaksutyun"un isə 7 mandatı var.

Əlaqədar

Yerevan yenə qarışdı: Ağ xələtlilər önə çıxdı
Yerevan olayları Qarabağa nə vəd edir
Yerevanda ajiotaj: Sarkisyan "Azərbaycan kartı"nı işə saldı
Yerevanda Hökumət Evində toqquşmalar gedir
Yüzlərlə "qanuni oğru" Yerevanda cəmləşdi: Ya Sarqsyanın kəlləsi gedəcək, ya da...
Teqlər:
Respublika meydanı, Nikol Paşinyan, nümayiş, etiraz, Ermənistan, mitinq

Əsas mövzular