17:44 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
168 0 0

İran ABŞ prezidenti Donald Trampın nüvə müqaviləsində dəyişiklik edilməsi tələbini rədd edib

BAKI, 1 may — Sputnik. İran ABŞ prezidenti Donald Trampın nüvə müqaviləsində dəyişiklik edilməsi tələbini rədd edib. İran lideri Əli Xameneyi də ABŞ-ın İran əleyhinə iqtisadi müharibə apardığını deyib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İran hakimiyyəti ABŞ və İsrailin 2015-ci ildə imzalanan nüvə müqaviləsinin yenidən ələ alınması və dəyişiklik edilməsi tələbini rədd edib.

İran prezidenti Həsən Ruhani etdiyi açıqlamada müqavilənin yenidən müzakirə edilməyəcəyini deyib. Ruhani başda terrorla mübarizə olmaqla, Yaxın Şərqin təhlükəsizlik və sabitliyi ilə bağlı danışıqlar aparmağa hazır olduqlarını da bildirib. Ruhani telefon danışığı zamanı Fransa prezidentinə nüvə müqaviləsinin bölgə sülhünə töhfə verəcəyini söyləyib.

Kremldən edilən açıqlamada Putin və Makronun nüvə müqaviləsinin qorunmasının tərəfdarı olduğu bildirilib.

Tramp müqavilə ilə bağlı qərarını mayın 12-də açıqlayacaq.

İran lideri Əli Xameneyi ABŞ-ı İrana qarşı iqtisadi müharibə aparmaq və region ölkələrini İran əleyhinə təhrik etməkdə günahlandırıb.

Qeyd edək ki, Tramp İranla imzalanan nüvə müqaviləsinin yenidən nəzərdən keçirilməsinin lazım olduğunu əks təqdirdə ölkəsinin müqavilədən çəkiləcəyini açıqlamışdı.

Teqlər:
Donald Tramp, Əli Xameneyi, nüvə sazişi, ABŞ, İran

Əsas mövzular