07:00 08 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Fransa və ABŞ prezidentlərinin əkdiyi palıd sirli şəkildə yoxa çıxıb

İki prezidentin əziyyəti sirli şəkildə hədər getdi: Ağ Evdə möcüzə

© REUTERS / Yuri Gripas
DÜNYA
Qısa URL
207 0 0

Ağ Ev hələlik bu məsələyə şərh verməyib

BAKI, 29 aprel — Sputnik. ABŞ və Fransa prezidentlərinin birgə əkdikləri palıd ağacı Ağ Evin qarşısındakı bağdan yoxa çıxıb.

Həmin ərazidən çəkilmiş son şəkildə yalnız sarı ot görünür, ağac isə yoxdur.

Fransa və ABŞ prezidentlərinin əkdiyi palıd sirli şəkildə yoxa çıxıb
© REUTERS / Yuri Gripas
Fransa və ABŞ prezidentlərinin əkdiyi palıd sirli şəkildə yoxa çıxıb

Ağ Ev hələlik bu məsələyə şərh verməyib.

Fransa prezidenti Emmanel Makron bu günlərdə iki ölkə arasındakı münasibətlərin 250 illiyi münasibətilə Vaşinqtonu ziyarəıt etmişdi. Makron ABŞ-a özü ilə hədiyyə olaraq Fransanın şimalından palıd ağacı gətirmişdi. Həmin palıd ağacını iki ölkənin prezidentləri təntənəli şəkildə Ağ Evin bağında əkmişdilər. 

Makron hətta bu barədə Tvitterdə paylaşım da etmişdi. "Yüz il əvvəl amerikalı əsgərlər Fransada, Belloda bizim müstəqilliyimizi qorumaq üçün döyüşüblər. Bu palıd Ağ Evin düz qəlbində bizi bağlayan əlaqələr barədə xatırlatma olacaq" — deyə o paylaşımda yazıb.

Lakin xatırlatma sirli şəkildə yoxa çıxıb.

Əlaqədar

Qubalıların "Ağ Ev"i: Camaat öz böyük arzusunu reallaşdırdı
Ağ Ev rəhbəri ermənilərin arzusunu gözündə qoydu
Ağ Ev rəhbəri dünyaya yeni müharibə vəd edir
Ağ Ev: Türkiyə ilə müttəfiqliyə sadiqik
Ağ Ev rəhbərindən boykot çağırışı

Əsas mövzular