Böyük Britaniya hökumətində qalmaqal: Köməkçi naziri şantajla hədələdi

© Photo : MilliyetBöyük Britaniyanın şəhərsalma nazirinin keçmiş köməkçisi Rebekka Tott
Böyük Britaniyanın şəhərsalma nazirinin keçmiş köməkçisi Rebekka Tott - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc qız müştərilərinə nazirin masasında da sekslə məşğul ola biləcəklərini yazıb

BAKI, 29 aprel — Sputnik. İngiltərədə baş verən qalmaqal daxili siyasəti alt-üst edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhərsalma naziri Dominik Raabın 20 yaşlı köməkçisi Rebekka Tottun fahişəliklə məşğul olduğu üzə çıxıb.

Məlumata görə, Tott “Sugar Daddies” adlı internet səhifəsində müştəri yığırmış. Gənc qız müştərilərinə nazirin masasında da sekslə məşğul ola biləcəklərini yazıb.

“The Mirror” qəzetinin müxbirləri sayt üzərindən qızla əlaqə saxlayaraq özlərini müştəri kimi təqdim ediblər.

Rebekka isə onlara öz şərtlərini açıqlayıb.

Belə ki, o ancaq 5 ulduzlu oteldə görüşə biləcəklərini bildirib. Bununla yanaşı nazirin masasında seks üçün isə əlavə xidmət haqqı olaraq 750 sterlinq (2500 manat) tələb edib.

Müəyyən edilib ki, qız bu yolla ayda 5 min sterlinq qazanırmış. 

Tottun əməlləri ortaya çıxdıqdan sonra o işdən qovulub. Gənc qız jurnalistlərə naziri şantaj edə biləcəyini də deyibmiş.

Xəbər lenti
0