Ölkənin ən böyük şəhərində əməliyyat: "Bacı-qardaşlar" həbs edildi

© AFP 2023 / YASIN AKGULTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şübhəlilərin təşkilat daxilində evliliklərin qurulmasında vasitəçilik edən "qardaş" və "bacılar" olduğu düşünülür

BAKI, 28 aprel — Sputnik. İstanbulda FETÖ\PDY terror təşkilatının istintaqı çərçivəsində 103 nəfər haqqında həbs qərarı verilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, istintaq çərçivəsində keçirilən əməliyyatda artıq 63 nəfər həbs edilib.

Şübhəlilərin təşkilat daxilində evliliklərin qurulmasında vasitəçilik edən "qardaş" və "bacılar" olduğu düşünülür.

Məlumata görə, İstanbul Təhlükəsizlik Müdirliyi qrupları FETÖ\PDY terror təşkilatının gizli xəbərləşmə proqramı olan Bylock yazışmaları əsasında əməliyyata başlayıb. Əməliyyat çərçivəsində Bursa, Ankara, İzmir, Muş, Kahramanmaraş, Çorum, Kocaeli, Zonquldak, Mersin, Konya, Diyarbəkir, Tekirdağ, Bilecik, Şanlıurfa, Ərzincan, Bayburt, Afyonkarahisar olmaqla 36 bölgədə 63 nəfər həbs edilib.

Həbs edilənlər arasında Aydın Jandarma Şöbəsinin komandiri, onun həyat yoldaşı, baş leytenant və komissar köməkçisi olduğu da bildirilir.

Xəbər lenti
0