15:39 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
187 0 0

Almaniyanın Ankaradakı səfiri Mart Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb

BAKI, 27 aprel — Sputnik. Almaniyanın Ankaradakı səfiri Mart Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi səfiri YPG terror təşkilatının Almaniyadakı fəaliyyətindən narahat olması səbəbi ilə çağırıb. Ancaq səfir Ankarada olmadığı üçün nazirliyə gedə bilməyib. Onun yerinə Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili XİN-ə gedib.

Almaniyada çıxan "Der Spigel" bildirib ki, Mart Erdmann 2,5 ildir Türkiyədə fəaliyyət göstərir. O, bu müddət ərzində 21 dəfə Türkiyə XİN-ə çağrılaraq nota təqdim olunub.

Jurnalist Dəniz Ucalın sərbəst buraxılmasından sonra Türkiyə ilə Almaniya arasındakı münasibətlərdə yumşalma baş vermişdi. Ancaq Türkiyə, PKK və YPG terror təşkilatlarının Almaniyadakı fəaliyyətindən narahatlığını hər səviyyədə Almaniya qurumlarına çatdırır.

Teqlər:
nota, terror təşkilatı, PKK, Türkiyə, Almaniya

Əsas mövzular