Tələsməyə dəyər: İslandiyada turistlər üçün 9500 avroluq iş var

© AFP 2023 / ANDREJ ISAKOVICTuristlər, arxiv şəkli
Turistlər, arxiv  şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Seçilən şəxs isə 1 iyundan işə başlayacaq.

BAKI, 28 aprel — Sputnik. İslandiyanın WOW Air adlı aviaşirkəti bu il Avropa və Şimali Amerikaya səyahət etmək istəyən turistlər üçün iki vakansiya elan edib.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi xəbər görə, vakansiyada şərtlər bundan ibarətdir ki, şirkətlə müqavilə bağlayan turistlər 36 şəhərə getməli və həmin şəhərlərin şəkillərini çəkərək ora haqqında məlumatları sosial şəbəkələrdə paylaşmalıdırlar.

Şirkət işçinin bilet, otel pulunu da ödəyir. Uçuşlar arası fasilə zamanı turist Paykyavda qalmalı olacaq. Çünki şirkətin qərargahı orada yerləşir. Kompaniya işçilərini mənzil və avtomobillə də təmin edir. Turistin 3 ay üçün maaşı 9500 avrodur.

İşə qəbul olmaq üçün turist öz şəhəri haqqında qısa video hazırlayıb şirkətin rəsmi saytına göndərməlidir. Vakansiya 14 maya kimi açıq olacaq. Seçilən şəxs isə 1 iyundan işə başlayacaq.

Xəbər lenti
0