05:09 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
DÜNYA
Qısa URL
24

Mayk Pompeo buna qədər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub

BAKI, 26 aprel — Sputnik. ABŞ Konqresində ölkənin yeni dövlət katibi ilə bağlı səsvermə keçirilib. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident Donald Trampın namizədliyini irəli sürdüyü Mayk Pompeo bu posta təyin olunub.

Pompeonun namizədliyini 100 konqresmendən 52-ci dəstəkləyib. 47 konqresmen təyinatın əleyhinə çıxıb. Daha bir konqresmen isə bitərəf qalıb.

Xatırladaq ki, əvvəlki dövlət katibi Reks Tillerson gözlənilmədən vəzifəsindən azad edilib. Mayk Pompeo isə buna qədər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.

Teqlər:
Mayk Pompeo, Konqres, dövlət katibi, səsvermə

Əsas mövzular