Əməliyyatlarına sərvət xərclədi, indi çox cazibəlidir

Abunə olmaq
Vladislava bu günə qədər əməliyyatlarına 125 min avro xərcləyib

BAKI, 26 aprel — Sputnik. Almaniydan olan transgender xarici görkəminə var-dövlət xərcləyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, 20-yə yaxın plastik əməliyyat keçirib.

İvana Vladislava Berlində dünyaya gəlib. 11 yaşından qadın hormonları qəbul edib və qadın geyimləri geyinib. Hazırda o, əməliyyatlarına pul çatdırmaq üçün dominatrix olaraq çalışır.

Vladislava bu günə qədər əməliyyatlarına 125 min avro xərcləyib.

Vladislava plastik əməliyyatlara olan ehtirasının səbəbini də açıqlayıb. O deyib ki, kişilərin xoşuna gəlmək üçün onlarla əməliyyat keçirib: "Mən gözəl, təmiz və cazibəli görünmək istəyirəm. Mənim gözəl bədənim və üzüm məni xoşbəxt edir" – deyə o bildirib. Qeyd edib ki, xarici görünüşündən tamamilə razı qalana qədər əməliyyatlar etdirəcək.

Xəbər lenti
0