"YouTube" portalından gözlənilməz addım

Abunə olmaq
Silinən videoların 76 faizi fərdi insanlar tərəfindən yüklənmiş və baxışı olmayan videolardır

BAKI, 26 aprel — Sputnik. "YouTube" bir neçə milyon videonu bazasından silib. Keçən ilin oktyabr-dekabr aylarında yüklənən 8.3 milyon video ziddiyyət təşkil etdiyi üçün silinib.

Bu siyahıya müəllif hüquqları və digər qadağalara görə silinən videolar aid deyil.

Pornoqrafik videolar izləyicilərdən 9.1 milyon şikayət, 4.7 milyon mənfi münasibət aldığı üçün silinib.

Ən çox şikayət Hindistan, ABŞ və Braziliyadan gəlib. Türkiyə isə şikayətçilər sırasında 8-cidir.

Silinən videoların 76 faizi fərdi insanlar tərəfindən yüklənmiş və baxışı olmayan videolardır.

"YouTube" rəsmisi bildirib ki, bu videolar yaddaşda saxlanılıb. Başqa birisi həmin videoları yükləmək istərsə, qəbul edilməyəcək və silinəcək.

Xəbər lenti
0