Makron Trampı fikrindən döndərdi, Ağ Evin Suriya qərarı dəyişdi

© REUTERS / Kevin LamarqueDonald Tramp və Emmanuel Makron, arxiv şəkli
Donald Tramp və Emmanuel Makron, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp: "Suriyadan çəkilmək istəyirik, amma qalıcı bir iz qoyduqdan sonra"

BAKI, 25 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makron ilə Ağ Evdə keçirdiyi görüşdən sonra Suriyadakı ABŞ hərbçiləri ilə bağlı bəyanat verib. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Tramp "Evə qayıtmaq istəyirik və qayıdacağıq, amma orada güclü və qalıcı bir iz qoymaq istəyirik" deyib.

Səudiyyə əsgərləri - Sputnik Azərbaycan
Daha bir ölkə Suriyaya ordu yeridə bilər

Ağ Evdə Makron ilə birgə mətbuat konfransı keçirən Tramp ABŞ hərbçilərinin Suriyanı tərk edəcəyi ilə bağlı vəd vermədiyini söyləyib. O, yaxın zamanda belə bir hadisənin gözlənilmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Makron ABŞ-a səfəri ərəfəsində Trampa əsgərlərini Suriyadan geri çəkməməsi çağırışı etmiş, belə bir addımın Suriyanın İrana və Bəşər Əsədə verilməsi mənasına gələcəyini söyləmişdi. Bundan əvvəl Tramp ən qısa müddətdə ABŞ hərbçilərinin Suriyadan çıxarılmasını istəmişdi.

Bu arada Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr Qətəri Suriyaya ordu göndərməyə çağırıb. Cubeyrin fikrincə, Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, bu addımı atmalıdır.

"Qətər ABŞ ordusunun Suriyada qalması üçün maliyyə yardımı ayırmalı, həmçinin ABŞ prezidenti Qətəri qorumaqdan imtina etməmiş, Qətər öz ordusunu Suriyaya göndərməlidir. Əgər ABŞ Qətərin təhlükəsizliyini qorumağı dayandıra, o zaman ölkədə rejim bir həftədə devriləcək"- deyə o, qeyd edib.

Xatırladaq ki, cari il iyunun sonlarından etibarən Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərlə diplomatik əlaqələri dayandırıb. Onlar Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edir.

Xəbər lenti
0