Türk əsilli deputatlardan İran prezidentinin müşavirinə sərt reaksiya

© REUTERS / STRНациональный флаг Ирана
Национальный флаг Ирана - Sputnik Azərbaycan
Abunə olmaq
İran parlamentində bəzi türk əsilli deputatlar İran prezidentinin müşaviri Əli Yunusinin "azərbaycanlılar türk dilində danışan farsdır" açıqlamasına sərt reaksiya veriblər

BAKI, 23 aprel — Sputnik. İran parlamentində bəzi türk əsilli deputatlar İran prezidenti Həsən Ruhanin müşaviri Əli Yunusinin "azərbaycanlılar türk dilində danışan farsdır" açıqlamasına sərt reaksiya veriblər.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu açıqlamaya cavab olaraq etiraz məktubu hazırlanıb və 50 türk əsilli deputat bu məktuba imza atıb.

Əli Yunusinin açıqlamasının ölkə təhlükəsizliyinə zərər verdiyi yazılan məktubda İranda müxtəlif irqlərin yaşadığı, Qurana görə irqi ayrı-seçkiliyin qəbuledilməz olduğu bildirilib.

Bir xalqın dilinə xəyanətin o qövmə xəyanət anlamına gəldiyi ifadə edilən məktubda, hər bir qövmün ən dəyərli faktorunun onun dili olduğu vurğulanıb.

Məktubda Əli Yunusinin açıqlaması ilə ölkədəki türklərin təhqir edildiyi bildirilib.

Məktubda Yunusinin "Azərbaycanlılar 300 ildir türkcə danışırlar" açıqlamasına sərt reaksiya göstərilib. Məktubda azərbaycanlıların insanlıq tarixi qədər qədim olan türk dilində danışdıqları bildirilib, bu açıqlamanın Rza şah dövründə irqçi ritorikanı xatırlatdığı dilə gətirilib.

Qeyd edək ki, Əli Yunusi türklərlə azərbaycanlıların ayrı olduqlarını, azərbaycanlıların fars olduğunu irəli sürüb. 

Xəbər lenti
0