06:23 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Ermenistan

Yeni baş nazir istefasının səbəblərini açıqladı

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
1488 0 0

Aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb

BAKI, 23 aprel — Sputnik. Ermənistanın baş naziri Serj Sarqsyanın istefa müraciətinin mətni yayılıb. 

"Sizə son dəfə dövlət başçısı kimi müraciət edirəm. Nikol Paşinyan (etiraz aksiyalarının lideri) haqlı idi. Mən səhv etmişəm. Yaranmış vəziyyətdən bir neçə çıxış yolu var, lakin mən onların heç birinə getməyəcəm. Bu mənlik deyil. Mən ölkəmizin rəhbəri vəzifəsindən gedirəm" — Sarqsyanın müraciətində deyilir.

Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb. Aprelin 17-də müxalifət ölkədə "məxməri inqilab"ın başladığını elan edib. Buna baxmayaraq, parlament Sarqsyanı baş nazir kürsüsünə oturdub.

Aprelin 22-də müxalifətin lideri, parlamentdəki "Yelk" ("Çıxış") fraksiyasının rəhbəri Nikol Paşinyanla baş nazir Serj Sarqsyan arasında uğursuz dialoq cəhdi olub. Baş tutmayan dialoqdan dərhal sonra Paşinyan həbs edilib, lakin bir gün sonra azadlığa buraxılıb.

Əlaqədar

Serj Sarqsyan istefa verdi
Parlament Serj Sarqsyanın taleyini həll etdi
İlham Əliyev və Serj Sarkisyanın görüşünün yeri və tarixi bilindi
Serj Sarkisyandan tarixi etiraf

Əsas mövzular