08:02 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Nikol Paşinyan və tərəfdarları

Erməni müxalifəti yaxın hədəfinə çatdı

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
Ermənistanda etiraz aksiyaları (35)
640 0 0

Bu axşam Respublika meydanında mitinq olacaq

BAKI, 23 aprel — Sputnik. Ermənistanda "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan azadlığa buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı baş nazirin müavini Karen Karapetyan Baş Prokurorluğa müraciət edərək Paşinyanla bağlı həbs qətimkan tədbirinin ləğvini istəyib.

"Bizim fəaliyyətimizin məntiqi dəyişməyib. Axşam mitinq Respublika meydanında olacaq. Ona qədər isə mən cari vəziyyətlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəm. Hələ vaxtımız var" — deyə Paşinyan jurnalistlərə bildirib.

O qeyd edib ki, hərəkatın həbsdə olan bütün tərəfdarları azadlığa buraxılmalıdır. Qeyd edək ki, Paşinyanla birlikdə parlamentin iki deputatı və 200-dək mitinqçi də həbs edilib.

Karapetyanla nə barədə danışdıqlarına gəlincə, Paşinyan deyib ki, bunu axşamkı mitinqdə açıqlayacaq.

Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb. Aprelin 17-də müxalifət ölkədə "məxməri inqilab"ın başladığını elan edib. Buna baxmayaraq, parlament Sarqsyanı baş nazir kürsüsünə oturdub.

Mövzu:
Ermənistanda etiraz aksiyaları (35)

Əlaqədar

Ordu müxalifətin tərəfinə keçir, hərbçilər küçələrə axışdılar - Ermənistanda sensasiya
Yerevanda ajiotaj: Sarkisyan "Azərbaycan kartı"nı işə saldı
Ermənistanda etirazların ardı-arası kəsilmir, spiker müxalifət liderinə yalvarır
Teqlər:
Karen Karapetyan, Nikol Paşinyan, etiraz, Ermənistan, mitinq

Əsas mövzular